Hava XƏBƏRDARLIĞI: 12-si səhərədək dolu düşəcək, yağış yağacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Hava XƏBƏRDARLIĞI: 12-si səhərədək dolu düşəcək, yağış yağacaq

Qafar Ağayev16:32 - 09 / 06 / 2023
Hava XƏBƏRDARLIĞI: 12-si səhərədək dolu düşəcək, yağış yağacaq

İyunun 10-u gündüz qərb rayonlarından başlayaraq 12-si səhərədək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Qazax-Gəncə, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Xaçmaz rayonlarının bəzi yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Şərq küləyi bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Paylaş:
462

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər