“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

16:46 - 09 / 06 / 2023
“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq.

1news.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda edilən dəyişiklikdə əksini tapıb.

Beləliklə, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023–2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni qanunun hazırlanmasını təmin etməlidir.

Paylaş:
757

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

28 / 06 / 2025, 11:44
Bütün xəbərlər