Yağış yağıb, şimşək çaxıb - Faktiki hava | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

Qafar Ağayev10:05 - 09 / 06 / 2023
Yağış yağıb, şimşək çaxıb - Faktiki hava

Faktiki hava açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən xəbərə görə, iyunun 9-u saat 9:00-a olan məlumatına əsasən, əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı: Gəncədə 3 mm, Lerikdə 2 mm, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 mm-dək olub.

Duman: Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə müşahidə olunub.

Havanın maksimal temperaturu: Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 13-17 dərəcə isti, aran rayonlarında 29 dərəcəyədək isti olub.

Paylaş:
215

Son xəbərlər

Sabahın hava proqnozu

12 / 05 / 2025, 12:52
Bütün xəbərlər