“EY Dünya üzrə İlin İş adamı 2023” müsabiqəsinin qalibi elan edildi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“EY Dünya üzrə İlin İş adamı 2023” müsabiqəsinin qalibi elan edildi - FOTO

13:02 - 09 / 06 / 2023
“EY Dünya üzrə İlin İş adamı 2023” müsabiqəsinin qalibi elan edildi - FOTO

EY Azərbaycan, Bakı, 9 iyun 2023 - “EY” şirkəti dünyada iqtisadiyyat və icmalar üçün uzunmüddətli dəyər yaradan, hədəflərə doğru inamla irəliləyən və ətrafdakıları ilhamlandıran sahibkarları mükafatlandırır.

Bu təşəbbüskar və uzaqgörən sahibkarlar 6-9 iyun tarixində Monakoda Dünya üzrə İlin İş adamı adı uğrunda mübarizə aparıblar. Müsabiqənin bu ilki qalibi Tayvanın GlobalWafer şirkətinin başçısı Doris Hsü (Doris Hsu) olub.

Qalib “EY” şirkətinə aid olmayan və dünyanın nüfuzlu şirkətlərinin rəhbərləri və biznes icmasının, beynəlxalq maliyyə qurumlarının nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçilib.

Azərbaycanı müsabiqənin beynəlxalq mərhələsində Simbrella şirkətinin baş direktoru və təsisçisi Seymur Məmmədov təmsil edərək dünyanın ən qətiyyətli və yenilikçi iş adamları sırasında yer alıb.

Seymur Məmmədov “EY” şirkətinin Azərbaycanın iş adamları arasında artıq dördüncü ildir ki, keçirdiyi “İlin İş Adamı” müsabiqəsinin 2023-cü il üzrə qalibidir. O, bu mötəbər müsabiqədə qələbəsini belə dəyərləndirib: “Bu müsabiqədə iştirak edən sahibkarların hər biri qalib olmağa layiq idi. Onlarla birlikdə finalda iştirak etmək mənim üçün bir şərəfdir. Seçilməyimi gözləməsəm də bu, mənim üçün çox sevindirici və qürurverici idi. Qalib elan olunduğum zaman ikili hisslər yaşadım. Biz bu qəbildən olan müsabiqələrin bir növ subyektiv xarakter daşıdığını da anlayırıq. Çünki müsabiqə iştirakçılarının dəyərləndirilməsi meyarları fərqli ola bilər. Bu baxımdan özümü şanslı hesab edirəm və düşünürəm ki, mən müsabiqənin hazırkı meyarlarına uyğun gəlmişəm”.

“EY İlin İş Adamı” müsabiqəsi haqqında

“EY” şirkəti tərəfindən təsis edilmiş “EY İlin İş Adamı” müsabiqəsi 1986-cı ildən etibarən keçirilir. Dünyanın ən nüfuzlu işgüzar mükafatlarından biri sayılan “EY İlin İş Adamı” proqramının məqsədi yüksək potensiala malik iş adamlarının sahibkarlıq fəaliyyətini təşviq etmək, liderliyi və uğurlarını nümayiş etdirməklə başqalarını da ilhamlandırmaqdır. Öz sahəsində ilk qlobal mükafat proqramı olaraq, “EY İlin İş Adamı” 60-dan çox ölkənin 145-dən çox şəhərini əhatə edən regional, milli və qlobal proqram çərçivəsində uğurlu, inkişaf edən və dinamik biznes quran sahibkarları üzə çıxarır və sağlam rəqabəti təşviq edir. Onların yenilikçi fəaliyyəti və məqsədlərə sadiqliyi ətrafdakıları həvəsləndirərək daha yaxşı iş dünyasının qurulmasına töhfə verir.

Rekalm hüququnda

Paylaş:
464

Son xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıb24 / 04 / 2024, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEO24 / 04 / 2024, 14:43
Bütün xəbərlər