Bakıda istixanada nöqsanlar aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda istixanada nöqsanlar aşkarlanıb

13:36 - 12 / 06 / 2023
Bakıda istixanada nöqsanlar aşkarlanıb

Bakıda istixanada nöqsanlar aşkar edilib.

Bu barədə 1news.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.

Bildirilib ki, agentliyin müfəttişləri tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ştq, Mədən küçəsində yerləşən və fiziki şəxs Səxavət Rüstəm oğlu Mamedova məxsus istixanada planlı yoxlama aparılıb. Yoxlama zamanı ilkin istehsal müəssisəsində nöqsanlar aşkar edilib. Belə ki, istixanada normativ sənədlərin tələblərinə əməl olunmadığı, həmçinin çalışan işçi heyətin tibbi müayinədən keçmədiyi və onlar üçün soyunub-geyinmə sahəsinin ayrılmadığı müəyyən olunub.

Aşkarlanmış nöqsanlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Paylaş:
217

Son xəbərlər

Bütün xəbərlər