“Zabit ixtisas kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Zabit ixtisas kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO

Qafar Ağayev17:42 - 12 / 06 / 2023
“Zabit ixtisas kursu”nun buraxılış mərasimi keçirilib - VİDEO

İyunun 12-də Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində "Zabit ixtisas kursu"nun buraxılış mərasimi keçirilib.

1news.az xəbər verir ki, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Milli Müdafiə Universitetinin rektoru professor, general-leytenant Heydər Piriyev məzunları salamlayaraq onları “leytenant” hərbi rütbəsinə layiq görülmələri münasibətilə Müdafiə Nazirliyinin rəhbərliyi və öz adından təbrik edib.

Gənc zabitlərə gələcək xidməti fəaliyyətlərində uğurlar arzulayan general-leytenant H.Piriyev onlara seçdikləri şərəfli yolda xidmətlərini nizamnamələrin tələblərinə uyğun qurmağı, Vətənə sədaqətlə xidmət etməyi, tabeliklərində olan şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının, vətənpərvərlik hissinin daha da yüksəldilməsində məsuliyyətlə çalışmalarını tövsiyə edib.
Gənc zabitlər də öz növbəsində, kurs müddətində qazandıqları bilikləri və praktiki vərdişləri xidmət yerlərində uğurla tətbiq edəcəklərinə, üzərlərinə düşən vəzifə borclarını layiqincə yerinə yetirəcəklərinə söz veriblər.
Sonra "Zabit ixtisası kursu"nu müvəffəqiyyətlə bitirən məzunlara sertifikatlar təqdim edilib, kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə xatirə lövhəsi vurulub.
Buraxılış mərasiminin sonunda gənc leytenantların hərbi orkestrin müşayiəti altında tribuna önündən təntənəli keçidi olub.

Paylaş:
224

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər