AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb

17:29 - 14 / 06 / 2023
AYB-nin Qərbi Azərbaycan bölməsi yaradılıb

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Qərbi Azərbaycan bölməsi yaradılıb.

Bu barədə 1news.az-a AYB-dən məlumat verilib.

Bildirilib ki, bu barədə qərar iyunun 14-də, Azərbaycan Yazıçılar Birliyində, katibliyin növbəti toplantısı zamanı qəbul edilib.

Gündəlikdəki məsələlərin müzakirəsi zamanı yeni bölmənin yaradılması təklifini Birliyin sədr müavini Rəşad Məcid səsləndirib. Təklif Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar tərəfindən müsbət qarşılanıb. Ümümi müzakirədən sonra təklif səsə qoyulub və qəbul edilib.

Qərara alınıb ki, yeni bölmənin sədri millət vəkili, tanınmış şair Musa Ururd təyin edilsin. Bölmənin sədr müavini isə tanınmış teleaparıcı, şair Bəhruz Nİftəliyev təyin edilib.

Paylaş:
241

Son xəbərlər

Bütün xəbərlər