Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

08:41 - 14 / 06 / 2023
Bakıda sıxlıq müşahidə edilən yollar - SİYAHI

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən 1news.az-a bildirilib ki, hazırda paytaxtın aşağıda göstərilən yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

4. "20 Yanvar" dairəsində;

5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

6. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər sıxlıq müşahidə olunur.

Paylaş:
445

Son xəbərlər

Bütün xəbərlər