Təhsil naziri Naxçıvanda məzun günündə iştirak edəcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhsil naziri Naxçıvanda məzun günündə iştirak edəcək

09:00 - 14 / 06 / 2023
Təhsil naziri Naxçıvanda məzun günündə iştirak edəcək

Elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfər çərçivəsində Heydər Əliyev adına tam orta məktəbdə keçiriləcək məzun günündə iştirak edəcək.

1news.az Report-a istinadla xəbər verir ki, 2022-2023-cü tədris ilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərini ümumi orta təhsil bazasından 4 677, tam orta təhsil bazasından isə 3 166 şagird bitirir.

Qeyd edək ki, bu gün muxtar respublikanın 212 ümumtəhsil məktəbində son zəng çalınacaq.

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər