Qadının atraksiondan yıxılıb ölməsi ilə bağlı cinayət işi açıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Qadının atraksiondan yıxılıb ölməsi ilə bağlı cinayət işi açıldı

12:47 - 16 / 06 / 2023
Qadının atraksiondan yıxılıb ölməsi ilə bağlı cinayət işi açıldı

İyunun 8-də Abşeron rayonu, Xırdalan şəhərində yerləşən parklardan birində 1987-ci il təvəllüdlü Minayə Nuriyevanın atraksiondan yıxılması nəticəsində aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılıb.

Bu barədə 1news.az-a Baş Prokurorluqdan məlumat verilib.

Bildirilib ki, toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 314.2-ci (zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə cinayət işi başlanıb:

“Hazırda ibtidai istintaq tədbirləri davam edir”.

Paylaş:
206

Son xəbərlər

Bütün xəbərlər