Lənkəranda meşədə itkin düşən şəxs tapılıb - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lənkəranda meşədə itkin düşən şəxs tapılıb - VİDEO

11:32 - 19 / 06 / 2023
Lənkəranda meşədə itkin düşən şəxs tapılıb - VİDEO

Lənkəranda meşədə itkin düşən şəxs tapılıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə bir nəfər vətəndaşın Lənkəran rayonun Xanbulan kəndi istiqamətində meşəlik ərazidə azması və köməyə ehtiyacı olması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1982-ci il təvəllüdlü Hüseynov Vüsal Akif oğlu bələd olmadığı meşəlik ərazidə yolunu azaraq itib.

FHN-in xilasediciləri tərəfindən operativ olaraq həyata keçirilən axtarış-xilasetmə əməliyyatı nəticəsində vətəndaş V.Hüseynov qısa müddətdə tapılaraq xilas edilib.

Paylaş:
203

Son xəbərlər

Bütün xəbərlər