“SAVALAN” şərablarının Avropada növbəti qələbəsi - FOTO

Azərbaycanın premium şərab istehsalçısı olan “SAVALAN – ASPI Winery”nin “SAVALAN” şərabları hər il İngiltərənin paytaxtı Londonda keçirilən dünyanın ən böyük və ən nüfuzlü şərab müsabiqəsi olan “Decanter World Wine Awards”da bu il də fərqlənməyi bacardı.
Müsabiqə 2023-cü ildə də 57 ölkədən təqdim edilmiş 18.250 şərabla bu günə qədər iştirak etmiş şərabların sayına görə dünya rekordlarını yenilədi. Müsabiqəyə göndərilmiş 8 növ “SAVALAN” şərabından 7-si gümüş və bürünc medallarla təltif olundu:
· “SAVALAN Alicante Bouschet 2019” qırmızı turş – Gümüş medal
· “SAVALAN Limited Release 2017” qırmızı turş – Bürünc medal
· “SAVALAN Cabernet Sauvignon Ripassato 2016” qırmızı turş – Bürünc medal
· “SAVALAN Canyon Reserve 2016” qırmızı turş – Bürünc medal
· “SAVALAN Petit Verdot 2016” qırmızı turş – Bürünc medal
· “SAVALAN Elisa Winemaker Reserve 2018” ağ turş – Bürünc medal
· “SAVALAN Viognier 2021” ağ turş – Bürünc medal
Müsabiqə haqqında
Qlobal səviyyədə ən böyük şərab müsabiqəsi sayılan “Decanter World Wine Awards” dünyanın dörd bir yanından dəvət edilmiş şərab ekspertləri tərəfindən reallaşdırılan xüsusi qiymətləndirmə prosesi ilə rəqibsizdir. Bu il müsabiqədə şərabların qiymətləndirilməsi üçün 30 ölkədən 53 Şərab Masteri (“Masters of Wine”) və 16 Master Somelye (“Master Sommelier”) heyəti daxil olmaqla 236 şərab mütəxəssisindən ibarət nüfuzlu qrup iştirak etdi. Bununla bərabər müxtəlif ölkələrdən olan 100-dən çox hakim və regional mütəxəssislərin diqqəti qədəhlərdəki şərablara yönəlmişdi.
“SAVALAN - ASPI Winery” şirkətinin məhsulları digər nüfuzlu beynəlxalq müsabiqələrdə də çoxsaylı mükafatlara layiq görülüb. Bu müsabiqələrə “International Wine Challenge”, “International Wine and Spirit Competition”, “Japan Wine Challenge”, “Mundus Vini”, “Vinitaly” və başqaları daxildir.
Reklam hüququnda