Mərhum xanəndənin nəvəsi faciəli şəkildə öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Mərhum xanəndənin nəvəsi faciəli şəkildə öldü

13:34 - 21 / 06 / 2023
Mərhum xanəndənin nəvəsi faciəli şəkildə öldü

İstehsalat məntəqəsində mühafizəçinin aldığı xəsarətlərdən ölməsi faktına görə cinayət işi başlanılıb.

1news.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Sabirabad Rayon Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyunun 4-də Sabirabad Sənaye Məhəlləsində yerləşən gübrə istehsalı məntəqəsində mühafizəçi, 1988-ci il təvəllüdlü Nurlan Cəbrayılovun müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Müəyyən edilib ki, həmin gün saat 23 radələrində üzərinə yüksək temperaturlu gübrə məhlulunun tökülməsi nəticəsində Nurlan Cəbrayılov yanıq xəsarətləri alıb və iyunun 20-si müalicə aldığı xəstəxanada ölüb.

Faktla bağlı Sabirabad rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İbtidai istintaq davam etdirilir.

Qeyd edək ki, "qafqazinfo"nun məlumatına görə, vəfat edən N.Cəbrayılov mərhum xanəndə Eynulla Cəbrayılovun nəvəsidir.

Paylaş:
451

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər