Söyüdlüyə başqa şəxslərin girişi məhdudlaşdırıldı | 1news.az | Xəbərlər
Cəmiyyət

Söyüdlüyə başqa şəxslərin girişi məhdudlaşdırıldı

Qafar Ağayev11:36 - 22 / 06 / 2023
Söyüdlüyə başqa şəxslərin girişi məhdudlaşdırıldı

Gədəbəy rayonunun Söyüdlü kəndinə kənd sakinlərindən başqa şəxslərin girişi məhdudlaşdırılıb.

1news.az xəbər verir ki, bu barədə Trend-ə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov bildirib.

Onun sözlərinə görə, hazırda sakinləri narahat edən məsələlər araşdırılır:

"Həmçinin ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə sakinlərdən başqa şəxslərin kəndə girişi məhdudlaşdırılıb", - deyə o qeyd edib.

Qeyd edək ki, Söyüdlü kəndində vəziyyətin araşdırılması üçün Baş nazirin Sərəncamı ilə komissiya yaradılıb.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər