Ötən gün təxirə salınan Bakı-Naxçıvan reysi bu gün həyata keçiriləcək - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün təxirə salınan Bakı-Naxçıvan reysi bu gün həyata keçiriləcək - YENİLƏNİB

08:59 - 23 / 06 / 2023
Ötən gün təxirə salınan Bakı-Naxçıvan reysi bu gün həyata keçiriləcək - YENİLƏNİB

Naxçıvanda hava şəraitinin müvəqqəti yaxşılaşması ilə əlaqədar olaraq “Azərbaycan Hava Yolları” dünəndən etibarən təxirə salınmış 4 reys həyata keçirib: J2-2251, J2-265, J2-261 və J2-257.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, Gecikmiş J2-267 reysinin sərnişinlərinin Bakıdan Naxçıvana saat 10:40-da uçacağı gözlənilir.

Bu marşrut üzrə digər gecikmiş reyslərin sərnişinlinə uçuş vaxtı haqqında əlavə məlumat mümkün olduğu təqdirdə veriləcək.

Meteoroloqların proqnozuna görə, Naxçıvanda hava şəraiti gündüz saatlarında yenidən pisləşə bilər, bununla əlaqədar AZAL sərnişinlərdən reysinin yola salınması ilə bağlı məlumat gözləməyi və daha sonra hava limanına gəlməyi xahiş edir.

Gecikmiş reyslərlə bağlı aktual məlumatı aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə əldə etmək, həmçinin [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaq mümkündür.

***

22.06.2023 23:46

Ölkə ərazisində müşahidə olunan əlverişsiz hava şəraiti “Azərbaycan Hava Yolları” QSC-nin Naxçıvan istiqamətində uçuşlarının cədvəlinə təsir etməkdə davam edir.

Əlverişsiz hava şəraiti ilə əlaqədar Bakıdan Naxçıvana uçuşların həyata keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb.

AZAL gecikmiş reyslərin sərnişinlərindən aviaşirkətin rəsmi sosial şəbəkə hesablarında və KİV-lərdə son məlumatları izləmələrini və ya əlavə məlumat üçün [email protected] elektron poçt ünvanı vasitəsilə əlaqə saxlamaqlarını xahiş edir.

Aviaşirkət Naxçıvanda əlverişsiz hava şəraiti səbəbindən uçuşları təxirə salınan sərnişinlərə bu vəziyyətlə əlaqədar anlayış və səbir nümayiş etdirmələrini tövsiyə edir.

Aviaşirkətin qaydalarına əsasən, gecikmiş reyslərin sərnişinləri zəruri vasitələrlə, o cümlədən içki və qidalanma ilə təmin olunacaqlar.

Qeyd edək ki, uçuşların təhlükəsizliyi, sərnişinlərin və ekipaj üzvlərinin rifahı AZAL üçün hər zaman ən yüksək prioritetdir. Buna görə də uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək.

Paylaş:
916

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər