Neftçalada qatar yük maşınını vurub, ölən var - YENİLƏNİB

23 iyun 2023-cü il tarixində saat 12:50 radələrində ADY-yə məxsus teplovoz Neftçala rayonu ərazisində Qırmızıkənd-Daykənd mənzilində hərəkətdə olarkən 99-ZU-832 dövlət nömrə nişanlı “Shacman” markalı yük maşını qorunmayan dəmir yolu keçidində qəfil qatarın qarşısına çıxıb.
1news.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin yaydığı məlumatda qeyd
Təəssüflə qeyd edirik ki, maşinist təcili tormozlama aparsa da, toqquşma qaçılmaz olub və yük maşınının sürücüsü, İmişli rayonu Qaradonlu kənd sakini Vüsal Rüstəm oğlu Fəxrətov həlak olub.
Hadisənin baş vermə səbəbləri aidiyyəti üzrə araşdırılır
***
13:56
Neftçalada qatar yük avtomobili ilə toqquşub.
1news.az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçalanın Qaçaqkənd kəndində baş verib. Tənzimlənməyən dəmir yolunda qatar "Shagman" markalı avtomobili vurub. Qəza nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Faktla bağlı araşdırma aparılır.