Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:57 - 23 / 06 / 2023
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 75 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 12, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 14, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 4 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 966 766, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 412 018, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 884 061, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 404 408, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 279 nəfər təşkil edir.

Paylaş:
638

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər