Bakı aeroportunun vağzalyanı meydanında 2 minik avtomobili yanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı aeroportunun vağzalyanı meydanında 2 minik avtomobili yanıb

22:49 - 23 / 06 / 2023
Bakı aeroportunun vağzalyanı meydanında 2 minik avtomobili yanıb

İyunun 23-də axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportunun vağzalyanı meydanında minik avtomobilində yanğın baş verib.

Yanğın sürətlə yayılmağa başlayıb və yaxındakı avtomobilə keçib.

AZAL-ın tabeliyində olan Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun daha da yaxınlıqdaki avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Paylaş:
273

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər