Gömrükçülər Nehrəmdə külli miqdarda siqaret aşkar ediblər | 1news.az | Xəbərlər
Cəmiyyət

Gömrükçülər Nehrəmdə külli miqdarda siqaret aşkar ediblər

16:06 - 24 / 06 / 2023
Gömrükçülər Nehrəmdə külli miqdarda siqaret aşkar ediblər

Naxçıvan Baş Gömrük İdarəsinin Əməliyyat və İstintaq İdarəsinə Babək rayon Nehrəm qəsəbə sakininə məxsus yük nəqliyyat vasitəsində aksiz markası ilə markalanmayan külli miqdarda siqaretlərin satış məqsədilə saxlanılması və qanunsuz satışının həyata keçirilməsi barədə əməliyyat məlumatı daxil olub.

1news.az DGK mətbuat və ictimaiyyətlə əlaqələr idarəsinin yaydığı məlumata istinadən xəbər verir ki, keçirilən əməliyyat tədbirləri nəticəsində nəqliyyat vasitəsi Nehrəm qəsəbəsi ərazisində saxlanılıb və keçirilən baxış zamanı nəqliyyat vasitəsinin yük yerindən aksiz markası ilə markalanmayan, ümumi sayı 35350 qutu (707000 ədəd) “GAULOISES Blondes” markalı siqaretlər aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
262

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər