Bakı Dövlət Universiteti tələbələrinin “Məzun günü” keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Dövlət Universiteti tələbələrinin “Məzun günü” keçirilib - FOTO

10:31 - 24 / 06 / 2023
Bakı Dövlət Universiteti tələbələrinin “Məzun günü” keçirilib - FOTO

İyunun 23-də Bakı Dövlət Universiteti (BDU) tələbələrinin “Məzun günü” keçirilib.

1news.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbirdə çıxış edən BDU-nun rektoru Elçin Babayev məzun olan tələbələri təbrik edərək, onlara uğurlar arzulaylb: "BDU ailəsi adından hər birinizi tələbə həyatınızın ən əlamətdar günü - "Məzun günü" münasibətilə ürəkdən təbrik edirəm! Bu gün siz ömrünüzün ən rəngarəng dövrü olan qaynar tələbəlik illərinizlə vidalaşırsınız. Yüksək ixtisaslı mütəxəssislər, ölkəmizin böyük ümidlər bəslədiyi gənclər, layiqli vətəndaşlar kimi ömür yolunuzun yeni, parlaq səhifəsini açırsınız. Bu unudulmaz anları sizlərlə bölüşmək çox xoşdur, qürurvericidir! Cənnət Vətənimizin daha da qüdrətlənməsində, xalqımızın rifahının yüksəldilməsində, dövlətçiliyimizin möhkəmləndirilməsində fəal iştirak etmək, Vətən və xalq sevgisi ilə yaşamaq və yaratmaq sizin gələcək həyatınızın əsası olacaq, biz buna əminik, yolunuz hər zaman açıq olsun".

Digər çıxış edənlər də məzunları təbrik edərək onlara xoş arzularını bildiriblər.

Sonra BDU haqqında videoçarx nümayiş etdirilib.

Eyni zamanda təhsildə yüksək nəticələr əldə edərək fərqlənən tələbələrə sertifikatlar təqdim edilib.

Tədbir konsert proqramı ilə davam edib.

Paylaş:
236

Son xəbərlər

Bütün xəbərlər