Qobuda arvadını və körpəsini öldürən şəxslə bağlı qərar çıxarıldı

Abşeron rayonu Qobu qəsəbəsində həyat yoldaşı və və 8 aylıq körpəsini qətlə yetirməkdə ittiham olunan Fərid Hüseynli barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
1news.az-ın məlumatına görə, qətli törətdikdən sonra intihara cəh edən F.Hüseynlinin hazırda müalicəsi davam etdirilir. Onun vəziyyəti ağır olduğuna görə həbs edilməyib.
Qeyd edək ki, iyunun 20-si saat 19 radələrində Abşeron rayonu Qobu qəsəbəsində 2003-cü il təvəllüdlü Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsinin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla 1993-cü il təvəllüdlü Hüseynli Fərid Firdövsü oğlunun arvadı Leyla Hüseynliyə və övladına kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürdükdən sonra özünə xəsarət yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.