Naxçıvanda ağır yol qəzası toydan qayıdan 5 nəfərin ölümünə səbəb oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanda ağır yol qəzası toydan qayıdan 5 nəfərin ölümünə səbəb oldu

10:23 - 26 / 06 / 2023
Naxçıvanda ağır yol qəzası toydan qayıdan 5 nəfərin ölümünə səbəb oldu

Naxçıvanda ağır yol qəzası olub.

1news.az Trend-ə istinadən xəbər verir ki, Muxtar Respublikanın Kəngərli rayonunda baş verən hadisə zamanı 5 nəfər həlak olub. Hadisə "Hyundai" markalı avtomobillə "Volkswagen" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində baş verib.

Qəza nəticəsində daha 5 nəfərin isə vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, hər iki avtomobildə olanlar toy məclisindən qayıdırmış.

Paylaş:
208

Son xəbərlər

Bütün xəbərlər