Yüksəkvəzifəli şəxs Oğuzda hoteldə öldü | 1news.az | Xəbərlər
Cəmiyyət

Yüksəkvəzifəli şəxs Oğuzda hoteldə öldü

10:59 - 27 / 06 / 2023
Yüksəkvəzifəli şəxs Oğuzda hoteldə öldü

Oğuz rayonunda hoteldə ölüm hadisəsi baş verib.

1news.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Oğuz şəhərində yerləşən “Səma” hotelində qonaq olan 1966-cı il təvəllüdlü Quliyev Sübhan Ağakişi oğlu orada vəfat edib.

Belə ki, S.Quliyev dünən Oğuzda dostunun qızının toyunda iştirak edib və daha sonra gecələmək üçün hotelə gedib. Bir qədər sonra o, özünü pis hiss etdiyindən Təcili Tibbi Yardıma müraciət edilib. Tibbi yardım göstərildikdən sonra Sübhan Quliyev otağında yuxuya gedib. Bu gün səhər isə onun dünyasını dəyişdiyi məlum olub.

Paylaş:
438

Son xəbərlər

Qaxda zəlzələ olub

Bu gün, 09:31
Bütün xəbərlər