Cəlilabadda minik avtomobilləri toqquşub | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəlilabadda minik avtomobilləri toqquşub

13:41 - 29 / 06 / 2023
Cəlilabadda minik avtomobilləri toqquşub

Cəlilabadda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

1news.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Adnalı kəndi ərazisində qeydə alınıb.

"Ford" markalı avtomobillə "VAZ" markalı avtomobillər toqquşub.

Nəticədə 5 nəfər rayon sakini - 1971-ci il təvəllüdlü Elminaz Həmşəliyeva, 1987-ci il təvəllüdlü Ülviyyə Əsgərova, 1969-cu il təvəllüdlü Ağgül Nadirova, 2000-ci il təvəllüdlü Məlahət Nadirova və 1978-ci il təvəllüdlü Rasim Şəbiyev xəsarət alıblar. Yaralılar rayon mərkəzi xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər