Ötən gün sel səbəbindən bağlanan İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün sel səbəbindən bağlanan İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub

11:01 - 01 / 07 / 2023
Ötən gün sel səbəbindən bağlanan İsmayıllı-Lahıc yolunda hərəkət bərpa olunub

İyunun 30-da günorta saatlarından başlayan intensiv yağıntılar nəticəsində İsmayıllı-Lahıc avtomobil yolunda (9-19-cu km-lər) yolun hərəkət hissəsinə tökülən qaya parçaları təmizlənərək avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış məhdudiyyət aradan qaldırılıb.

Bu barədə 1news.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən yolda yaranmış problemlə bağlı Agentliyin “Çağrı Mərkəzi”nə (012-599-79-75) məlumat daxil olan kimi dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “5 N-li Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin xüsusi texnikaları və canlı qüvvəsi səfərbər olunub.

Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində sözügedən yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi dünən axşam saatlarından etibarən təmin olunub.

Paylaş:
362

Son xəbərlər

Bütün xəbərlər