Bayran günlərində Azərbaycanda daşınan sərnişinlərin sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayran günlərində Azərbaycanda daşınan sərnişinlərin sayı açıqlandı

Qafar Ağayev14:03 - 03 / 07 / 2023
Bayran günlərində Azərbaycanda daşınan sərnişinlərin sayı açıqlandı

Azərbaycandakı avtovağzal və avtostansiyaların gücləndirilmiş iş rejimində fəaliyyət göstərdikləri 24 iyun - 2 iyul tarixlərində (bayram günlərində) 70 min 35 sərnişin daşınıb.

Bu barədə 1news.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Məlumata görə, şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişin daşımalarının fasiləsiz və qrafiklərə uyğun həyata keçirilməsinə AYNA nəzarət edib. Bayram günlərində 2 358 reys həyata keçirilib, xəttə əlavə 200-yə yaxın avtobus buraxılıb.

Marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunub. Biletlər avtovağzalın əvvəlcədən və gündəlik satış kassalarından, eləcə də https://biletim.az/ portalı vasitəsilə onlayn qaydada sərnişinlərə təqdim edilib. 4 773 sərnişin “biletim.az” portalı və mobil tətbiqinin imkanlarından istifadə edərək səfərlərini reallaşdırıb. Bakıdan bölgələrə və əks-istiqamətdə daşınan sərnişinlərin tələbatı tam qarşılanıb.

Paylaş:
243

Son xəbərlər

Bütün xəbərlər