Umico Market - Maxi.az - Azərbaycanda onlayn ticarəti yeni səviyyəyə qaldıracaq tərəfdaşlıq! - FOTO

İyunun 25-dən etibarən Umico Market və Maxi.az internet mağazası əməkdaşlıq müqaviləsi imzalayıb.
İndi Umico.az saytında və Umico mobil tətbiqində 15.000-dən çox Maxi.az məhsul çeşidlərini sifariş edərək həm kreditlə , həmdə hissəli alışı həyata keçirərək ən qısa zamanda çatdırılma vasitəsi ilə əldə edə bilərsiniz.
Bu tarixi hadisə Azərbaycanda onlayn ticarətin inkişafında vacib addımdır. “Maxi.az” internet mağazasının daxil olduğu “İnteqral” QSC-nin baş direktoru Babayev Əliağa Zakir oğlu, eləcə də “Competo” şirkətinin baş direktoru Ihar Bychak bir sıra sualları cavablandıraraq, bu əməkdaşlığın planları, inkişafı və gələcəyi barədə fikirlərini bildiriblər:
1) Əməkdaşlığınız haqqında bizə ətraflı məlumat verin.
Babayev Əliağa: Sirr deyil ki, son illər elektron ticarət sürətlə inkişaf edir. Buna missal olaraq, Trendyol, Ebay, Aliexpress, Amazon kimi internet platformalarını qeyd etmək olar. Bəzi ölkələrdə elektron ticarətin payı ümumi pərakəndə dövriyyəsinin 50-60%-ni təşkil edir. Ölkəmizdə də, elektron ticarətin geniş vüsət alması nəzərə çarpır. Elektron ticarət dedikdə ağıla ilk gələn Umico Market platformasıdır. Umico Market həm alıcılar, həm də tərəfdaşlar üçün kifayət qədər əlverişli imkanlar təqdim edir.
Maxi.az, 25 ildən artıqdır ki, bazarda fəaliyyət göstərən İnteqral şirkətinə məxsus pərakəndə satış kanalıdır və hazırda elektronika və məişət texnikası satışı şəbəkələri arasında lider mövqeyini tutur. Biz daim inkişafda olan müxtəlif ölkələrin biznes təcrübəsini mütəmadi izləyir və öyrənirik. Ona görə də deyə bilərik ki, əməkdaşlığımız yalnız zaman məsələsi idi. Bu addım Maxi.az-ın e-ticarət sahəsində gələcəyi və inkişafı üçün çox əlverişli fürsət yaradır və eləcədə Umico Market alıcıları üçün də , daha geniş və müxtəlif çeşidlərdən faydalanmaq imkanı verir.
2) İndi Umico Market istifadəçiləri Maxi.az-ın hansı məhsullarını ala bilərlər?
Böyük məmnuniyyətlə qeyd etmək istərdik ki , Umico Market istifadəçiləri üçün məhsullarımızın bütün çeşidləri əlçatandır .Maxi.az olaraq Samsung, Apple, Xiaomi, JBL, Playstation, Zimmer, Philips, Lenovo, Indesit, Delonghi, Kenwood, Braun, Sencor, Yankee, Ttec, Infinix və digər tanınmış dünya brendlərinin rəsmi distribütoru olaraq 15000-dən çox məhsullarının geniş çeşidlərini müştərilərimizə təqdim edir. İndi Umico Marketin müştəriləri demək olar ki, istənilən kateqoriyalardan - smartfonlar, noutbuklar, məişət texnikası, avtomobil məhsulları, elektronika məhsulları və s. əldə edə bilərlər.Təklif edilən qiymətlər bazarda ən münasib qiymətlərdir !
3) Marketplace? Bu nə deməkdir , daha ətraflı bununla bağlı nə deyərdiniz ?
Ihar Bychak: Marketplace mahiyyətcə onlayn mağazadır, müxtəlif satıcıların mallarının təqdim olunduğu onlayn platformadır. Bu, alıcıya müxtəlif satıcıların qiymətlərini müqayisə edərək ən yaxşı məhsulu tapmaqla yanaşı, ən geniş çeşiddə demək olar ki, istənilən məhsulu əldə etmək imkanı yaradır.
Əminik ki, Umico Market alıcıları Maxi.az-ın çeşidini və qiymət siyasətini yüksək dəyərləndirəcəklər. Bu əməkdaşlıq hər iki şirkətin biznes inkişafında önəmli addımdır.
4) Umico Marketdən Maxi.az məhsullarını alan müştəri hansı üstünlükləri əldə edəcək?
Bir çox üstünlükləri var, ən əsasıda alıcılara sürətli çatdırılma və hissəli ödəniş imkanları yaradır. Artıq Umico Marketdə siz demək olar ki, Azərbaycanın hər bir bölgəsindən məhsul sifariş verə bilərsiniz. Sifarişlərin hətta ölkənin ən ucqar bölgələrinə belə çatdırılması mümkündür və sadəcə 3 gün müddətinə çatdırılma həyata keçirilir. Eləcədə xarici ölkələrdən məhsulların sifariş edilməsindən qat-qat sürətlidir.
Eyni zamanda, Umico Market-də sürətli çatdırılma imkanı var -2 saat ərzində Maxi.az məhsulları sizin əlinizdə ola bilər. Bakıdan əlavə Abşeron yarımadasının bütün şimal-şərq sahili boyunca Şüvəlandan Nardarana qədər olan əraziyə də təcili çatdırılma mümkündür.
Eləcədə Umico Market müştərilərinə Kapital Bankın daimi təkliflərindən yararlanma şəraiti yaradır və beləliklə 24 ayadək taksit imkanı , 5% cashback və kreditlə alış etmək imkanı təklif edir . Həmçinin mütəmadi olaraq təklif edilən endirimlər, aksiyalar və artan cashback ilə alış etmək imkanı Umico Market-dən alış-verişi müştərilər üçün çox rahat və zövqlü edir!
5) Maxi.az da onlayn satış həyata keçirir. Bəs niyə siz öz məhsullarınızı Umico Marketdə satmaq istəyirsiniz?
Babayev Əliağa: Bu əməkdaşlıq nəticəsində təqdim etdiyimiz məhsullar daha çox müştəri kütləsinə əlçatan olacaq. Heç kimə sirr deyil ki, marketplace müştərilərə oflayn mağazalardan daha çox məhsul çeşidi təklif edə bilər. Bu isə bizə müştərilərin çoxsaylı istəklərini yerinə yetirmək üçün daha əlverişli şərait yaradır.
Digər məqsədimiz isə hər iki şirkətin birgə səyi nəticəsində müştərilərin istək və təkliflərini araşdırıb düzgün qiymətləndirərək, müştəri məmnuniyyətini artırmaqdır. Məqsədimiz - Azərbaycan bazarında elektron ticarət fəaliyyətini inkişaf etdirmək və müştəri məmnuniyyətini artırmaqdır.
Alış-veriş etmək üçün Android və ya iOS platformalarından Umico tətbiqini yükləyin və ya Umico.az saytına daxil olun, axtarış xanasına Maxi.az daxil edin və ya satıcılar filtrindən istifadə edərək seçin və istədiyiniz məhsulu sifariş edin. Çatdırılma sizə uyğun istənilən vaxta həyata keçiriləcəkdir.
Elə indi alış-verişə başlayın!
Reklam hüququnda