ADY: Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib | 1news.az | Xəbərlər
Cəmiyyət

ADY: Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib

Qafar Ağayev10:01 - 04 / 07 / 2023
ADY: Zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib

4 iyul saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra dəmir yolu infrastrukturuna operativ baxış keçirən ADY-nin Fövqəladə Hallar Komissiyası öz işini yekunlaşdırıb.

1news.az xəbər verir ki, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməmişdir.

Hazırda yük və sərnişin qatarları qrafik üzrə hərəkətlərini davam etdirir.

Paylaş:
307

Son xəbərlər

Bütün xəbərlər