Dekorativ ağaclara zərər vuran qadın saxlanılıb

Dənizkənarı Milli Parkda dekorativ ağaca zədə vurulması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər araşdırılıb.
1news.az xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin qadın müəyyən olunaraq saxlanılıb.
O, izahatında törətdiyi əməli etiraf edib.
Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.
313