Qurban Yetirmişli: Ötən ötən gecə baş verən zəlzələ fəsadlara səbəb olmayıb
“Dünən gecə 00:01-də Xəzər dənizində Azərbaycanın şimal-sərq istiqamətində 5.5 maqnitudada gücündə zəlzələ baş verib” .
1news.az xəbər verir ki, ötən gecə baş verən zəlzələ ilə bağlı keçirilən brifinqdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
“Bütün Şimali rayonları, Abşeron və Bakıda da hiss olunub. Zəlzələ 10 saniyədən çox çəksə də elə bir fəsad törətməyib. Sosial şəbəkələrdə yazılan şayiələrə inanmaq lazım deyil, rəsmi məlumatlara inanmaq lazımdı. Azərbaycan zəlzələ bölgəsində yerləşir,mütəmadi olaraq təkanlar olur. Zəlzələ olacaqları 65 kilometr dərinlikdə yerləşir, bu da elə ciddi fəsad törədə bilməz. Gecə səhərə qədər təkanlar olub, bunu isə əhali hiss etməyib” .
“Bu gün seysmoloji tədqiq cizahları beynəlxalq standartlara cavab verib” - deyə, Q. Yetirmişli əlavə edib .
“Azərbaycanda bu sahədə tədqiqatlar aparılır”.