“Apteklərdə nisyə dəftərləri olmamalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

“Apteklərdə nisyə dəftərləri olmamalıdır”

12:45 - 04 / 07 / 2023
“Apteklərdə nisyə dəftərləri olmamalıdır”

“Apteklərdə nisyə dəftərləri olmamalıdır”.

1news.az Report-a istinadla xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

O bildirib ki, bəzən apteklərdə nisyə dəftəri görür:

“Belə hal olmamalıdır”.

Deputat həmçinin dərman vasitələrinin bahalığından narazılıq edib:

“Ötən dəfə şəkər xəstələrinin istifadə etdiyi dərmanın qiymətinin çox baha olmasından sosial şəbəkəmdə status yazdım, sonradan qiyməti bir az aşağı salındı. Ümumilikdə ölkədə dərmanların qiyməti digər ölkələrlə müqayisədə bahadır”.

Paylaş:
191

Son xəbərlər

Bütün xəbərlər