İsmayıllıda 18 yaşlı oğlan qonaq getdiyi evdə intihar edib | 1news.az | Xəbərlər
Cəmiyyət

İsmayıllıda 18 yaşlı oğlan qonaq getdiyi evdə intihar edib

14:12 - 05 / 07 / 2023
İsmayıllıda 18 yaşlı oğlan qonaq getdiyi evdə intihar edib

İsmayıllı rayonunda intihar hadisəsi baş verib.

1news.az "Report"a istinadən xəbər verir ki, rayonun Zərnava kənd sakini, 18 yaşlı Baxışov Elman Durasan oğlu qonaq getdiyi evin zirzəmisindən özünü kəndirlə asaraq öldürüb.

Onun özünə qəsd etməsinin səbəbi hələ ki, məlum deyil.

Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Faktla bağlı İsmayıllı Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Paylaş:
328

Son xəbərlər

Bütün xəbərlər