Həkim-terapevt: “Dəniz kənarında qarpız və pendir yeyilməsi daha yaxşı olar”
“Dəniz kənarında qarpız və pendir yeyilməsi daha yaxşı olar".
1news.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-terapevt Zakir Quliyev deyib.
“Dəniz kənarında tərkibi dəyişməyən qidaların qəbulu yaxşı olardı. Enerji və ya sirin içkilərin qəbulu tövsiyə olunmur. Adi maye qəbulu tövsiyə olunur. Çimərliyə gedərkən orada kalorisi çox olmayan yüngül qidalara üstünlük verilməlidir”.
“Günəş şüasının qəbulu üçün seçilən saat intervalları önəmlidir. Çimərliyə səhər saat 11.00-a qədər və 17.00-dan sonrakı vaxtlarda gedilməsi tövsiyə olunur”, - həkim bildirib.
608