Hacıbəy Heydərli: “Tiktok” 2023-cü ilin birinci rübündə Azərbaycanda 390 mindən çox videonu silib” | 1news.az | Xəbərlər
Cəmiyyət

Hacıbəy Heydərli: “Tiktok” 2023-cü ilin birinci rübündə Azərbaycanda 390 mindən çox videonu silib”

Qafar Ağayev17:32 - 05 / 07 / 2023
Hacıbəy Heydərli: “Tiktok” 2023-cü ilin birinci rübündə Azərbaycanda 390 mindən çox videonu silib”

Bu gün "Tiktok" sosial şəbəkəsinin - Şərqi Avropa və Mərkəzi Asiya üzrə kommunikasiyalar rəhbəri Kristina Eremeeva ilə görüşdük.

1news.az xəbər verir ki, bunu Azxəbər.com saytının baş redaktoru, Mətbuat Şurasının üzvü Hacıbəy Heydərli öz "facebook" səhifəsində yazıb.

O, bildirib ki, görüşdə "Tiktok"un fəaliyyəti haqda geniş məlumat verildi, təqdimat edildi.

"Şirkətin rəsmisi bildirdi ki, "Tiktok" 2023-cü ilin birinci rübündə Azərbaycanda 390 mindən çox videonu silib. Bu ölkəmiz üçün kifayət qədər böyük rəqəmdir, demək ki, bu sahədə ciddi işlər aparmaq lazımdır.

Görüşdə mənim üçün qaranlıq qalan bir çox məqama aydınlıq gətirildi, xanım Eremeevaya bir müddət öncə Mətbuat Şurasında "tiktok"da fəal olan jurnalistlərlə görüşümüzdə səslənən sualları çatdırdım.

Qeyd etdim ki, "Tiktok"un ən böyük problemi təhlükəsizlik məsələsidir. Bununla bağlı addımlar atılsa yaxşı olar".

"Bundan başqa tənzimləmələrdə Azərbaycan dilinin olmaması da ciddi problemdir. Qeyd edildi ki, bu istiqamətdə iş aparılır" deyə, H.Heydərli əlavə edib:

"Daha bir sualım isə "Tiktok"da kontent yaradan şəxslərə qrant, dəstək verilməsi ilə bağlı oldu. Xanım bildirdi ki, bununla bağlı da yeniliklər olacaq.

Düşünürəm ki, "Tiktok"un ölkəmizlə əməkdaşlığı və rəsmi şəxslərinin mütəmadi görüşləri bu sosial şəbəkədəki neqativlərin qarşısını almağa yardımçı olacaq.

Eyni zamanda bildirim ki, Mətbuat Şurasında baş tutan görüşdə səslənən bütün təklifləri "Tiktok"un baş ofisinə rəsmi şəkildə çatdırmışıq".

Paylaş:
430

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər