Zaranın paylaşımı erməniləri qəzəbləndirdi - FOTO
Rusiyanın Əməkdar artisti Zara sosial şəbəkədəki paylaşımı ilə ermənilər tərəfindən tənqdi edilib.
1news.az xəbər verir ki, müğənni tezliklə türk festivalında çıxış edəcəyini açıqlayıb.
"Əzizlərim, çox yaxında, iyulun 9-da şəhərdə keçiriləcək genişmiqyaslı musiqi festivalında iştirak edəcəyəm. Türkiyənin Ağrı mahalında 100 mindən çox tamaşaçı var. Yeni etnik albomumdakı mahnıları ifa edəcəyəm. Mənə uğurlar diləyin" deyə, Zara paylaşımında yazıb.
Ağrı dağı musiqi festivalında Zara ilə yanaşı türk reper Uzi və müğənni Mustafa Sandal da iştirak edəcək.
Onun bu paylaşımı erməniləri hiddətləndirib və onlar yazıya şərhlərdə ifaçını tənqid ediblər. Onlar ifaçıya "Türk yarışlarınızda Ermənistan tərəfdən deyil, Türkiyə tərəfdən Ağrı dağının eskizindən istifadə edin. Zara, soydaşların səninlə fəxr etməlidirlər", "Ararat dağının adını təhrif etmək olmazdı. Niyə onu əsl adı ilə çağırmayaq?", "Ağrı dağ" Araratdır", "Sizi Ağrı dağı musiqi festivalında gözləyirik", "Satıldın, söz yoxdu..." kimi şərhlər yazıblar.
Ermənilər Zaradan festivalda erməni mahnısı oxumağı tələb ediblər.
Qeyd edək ki, Ağrıdağ dağ silsiləsi Türkiyədə yerləşir və iki əzəmətli zirvədən - böyük və kiçik Ağrıdağdan ibarətdir ki, ermənilər dağları özlərininki kimi təqdim edirlər.