NİİM motosiklet və moped idarə edən şəxslərə xəbərdarlıq edib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

NİİM motosiklet və moped idarə edən şəxslərə xəbərdarlıq edib - VİDEO

Qafar Ağayev10:33 - 06 / 07 / 2023
NİİM motosiklet və moped idarə edən şəxslərə xəbərdarlıq edib - VİDEO

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) motosiklet və moped idarə edən şəxslərə xəbərdarlıq edib.

NİİM-dən 1news.az-a daxil olan xəbərdarlıqda deyilir:

“Motosiklet və moped idarə edən şəxslərin bir çoxu yollarda necə gəldi hərəkət edirlər, həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını təhlükəyə atırlar. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi müşahidə kameralarının qeydə aldığı görüntülər əsasında onlar tərəfindən törədilən qayda pozuntularını təhlil edib.

Məlum olub ki, motosiklet və moped idarə edən bəzi şəxslər əsasən işıqforun qırmızı işığından keçməklə yanaşı, əks istiqamətdə hərəkət etmə, manevr etmə qaydalarını və nişanlanma xətlərinin tələblərini pozmaqla yollarda təhlükəli vəziyyət yaradırlar. ”Yol mənimdir, istədiyim kimi hərəkət edərəm” fikri ilə yollarda sürücülərə qəza şəraiti, piyadalara isə təhlükəli vəziyyət yaradan belə şəxslər “Yol Hərəkəti Haqqında” qanunun tələblərini kobud şəkildə pozurlar.

Müşahidə kameralarının qeydə aldığı görüntülərdən o da aydın olub ki, qaydalara əməl etməyənlər daha çox kuryer xidməti göstərənlərdir. Onların bağlamaları sürətli çatdırmaq istəyi çox vaxtlarda qayda pozuntusuna və yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur. Təbii ki, qayda pozuntuları diqqətdən kənar qalmır.

Belə ki, cari ilin 5 ayı ərzində paytaxt da daxil olmaqla respublika yollarında qaydaları pozan 109 motosiklet, 918 moped, ötən ildə isə 270 motosiklet, 2 min 491 moped idarə edən şəxs barəsində inzibati cərimə tətbiq edilib. Lakin onlar yol hərəkəti qaydalarına düzgün riayət etsələr, cərimə olunmamaqla yanaşı, heç kimin həyatı üçün təhlükəli vəziyyət yaratmazlar”.

Paylaş:
357

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub28 / 11 / 2024, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıb28 / 11 / 2024, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyib28 / 11 / 2024, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTO28 / 11 / 2024, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaq28 / 11 / 2024, 17:22Xəzərdə zəlzələ olub28 / 11 / 2024, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTO28 / 11 / 2024, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQ28 / 11 / 2024, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb28 / 11 / 2024, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişib28 / 11 / 2024, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTO28 / 11 / 2024, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildi28 / 11 / 2024, 15:44Ordubadda hərbi sursat aşkar edilib28 / 11 / 2024, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndirib28 / 11 / 2024, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib28 / 11 / 2024, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEO28 / 11 / 2024, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıb28 / 11 / 2024, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTO28 / 11 / 2024, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olub28 / 11 / 2024, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölüb28 / 11 / 2024, 13:43
Bütün xəbərlər