Sükan arxasında əyləşərək pul qazanmağın 3 asan yolu | 1news.az | Xəbərlər
Cəmiyyət

Sükan arxasında əyləşərək pul qazanmağın 3 asan yolu

11:51 - 06 / 07 / 2023
Sükan arxasında əyləşərək pul qazanmağın 3 asan yolu

Avtomobil komfort və hərəkət azadlığı təmin edir.

Beləki, iş axtarırsınızsa, “dəmir at" bunun üçün sizə gəlir əldə etməyə imkan verəcək alətə çevrilə bilər. Əgər avtomobiliniz və ya onu icarəyə götürmək imkanınız varsa, işləyə və sabit gəlir əldə edə bilərsiniz. Əsas odur ki, iş qrafikinizi özünüz planlaşdıra bilərsiniz. Bundan əlavə, avtomobildən qazanc mənbəyi kimi istifadə etmək kifayət qədər gəlir gətirə bilər.

Sürücülük vəsiqəsi ilə asanlıqla pul qazanmağın ondan çox yolu var. Onlardan ən sadə və ən etibarlı olanları haqqında danışacağıq.

Ümumi tendensiyalar

Hal-hazırda işin təşkili və xidmətlərin göstərilməsi üzrə daha çevik, rəqəmsal formalara keçid nəzərə çarpır. Müasir texnologiyalar insanlara məsafədən işləməyə, virtual komandalara qoşulmağa və müxtəlif platformalar vasitəsilə xidmətlər göstərməyə imkan verir. Bu yanaşma daha çox çevikliyə imkan verir. İş əməkdaşlıqları birdəfəlik və ya qısamüddətli ola bilər, bir nəfər bir neçə rəqəmsal platformada işləyə və ya vaxtaşırı sifarişlər yerinə yetirə bilər. Başqa sözlə, daha çox insan sərbəst işçilərə çevrilir, özlərinə uyğun vaxtda müəyyən işləri görür və bunun qarşılığında gəlir əldə edirlər.

Gəlir qazanmaq istəyən hər bir insan üçün belə iqtisadi model daha çox fürsət, müxtəlif növ əlavə işlərə daha sürətli çıxış, görülən işlər üzrə ödəniş təmin edir, beləki ofisə getmək və həftədə 5 gün, gündə 8 saat işləmək zərurəti yoxdur.

Sizə sərbəst işçi olmağa imkan verən avtomobil vasitəsilə pul qazanmağın 3 populyar yolu haqqında faydalı məlumat topladıq.

Toy sürücüsü işi

Dəbdəbəli avtomobiliniz varsa, şənliklərdə və toylarda sürücü kimi işləmək barədə düşünə bilərsiniz. Limuzin sahibi olmağınız şərt deyil! Bir çox cütlük VVAQ şöbəsinə, sonra isə restorana getmək üçün avtomobil icarəyə götürür, beləki bu sizə kifayət qədər yaxşı qazanc gətirir və eyni zamanda avtomobil çox məsafə qət etmir.

Bu cür iş modelinin mənfi cəhəti müştəri tapmaq çətinliyidir. Lakin şadlıq evləri və mağazalarla əməkdaşlıq etməklə bu çatışmazlığı asanlıqla aradan qaldırmaq olar. Qarşılıq olaraq isə siz insanlarla ünsiyyətdə olacaqsınız və əlavə gəlir əldə edəcəksiniz.

Bolt xidməti ilə əməkdaşlıq

Sərbəst işləmək və sizin üçün əlverişli zamanda avtomobillə qazanc əldə etmək istəyirsinizsə, səfər sifarişi üçün xidmətlərdən birində qeydiyyatdan keçə bilərsiniz.

Belə bir platformada işə başlamaq çox sadədir: sadəcə tətbiqi endirin, qeydiyyatdan keçin, sənədlərinizi əlavə edin. Bundan sonra səfər sifarişləri ala bilərsiniz. Bu qədər sadə!

Azərbaycanda səfər sifariş etmək üçün bir neçə platforma var və hansına üstünlük verəcəyinizi seçmək sizdən asılıdır. Bu sahənin liderlərindən biri Bolt xidmətidir.

Bolt kifayət qədər tanınmış şirkətdir, buna görə işsiz qalmayacaqsınız. Hesabı aktivləşdirdikdən dərhal sonra sifarişləri qəbul etməyə başlayacaqsınız. Əlavə işləmək üçün az vaxtınız varsa, bu da problem deyil, ayda yalnız bir neçə dəfə də sükan arxasına əyləşə bilərsiniz.

Bolt şirkəti ilə əməkdaşlığın üstünlükləri:

● Sizə uyğun bir zamanda sükan arxasında əyləşərək qazanc əldə etmək imkanı;

● Qanuni iş və etibarlı müştəri bazası;

● Yüksək qazanc. Tətbiqdə onlayn olduğunuz andan sifarişlər gəlməyə başlayacaq. Artan tələbat saatlarında qazanc daha yüksək olur;

● Həftəlik ödənişlər, aşağı komissiya. Platformanın qeydiyyatı və istifadəsi üzrə gizli ödənişlərin olmaması;

● Ən yaxşı bonus sistemi. Bolt aktiv sürücüləri bonuslarla təşviq edir və yanacaq endirimləri də təqdim edir;

● İşin bütün mərhələlərində dəstək və təlim. 2023-cü ilin aprel ayından etibarən Bakıda Bolt sürücüləri üçün 3 mərkəz açılıb və hər biri aktiv şəkildə fəaliyyət göstərir. Bolt mərkəzlərində sürücülər qeydiyyatdan keçə, sənədlərin hazırlanması ilə bağlı kömək ala, həmçinin Bolt məsləhətçisi ilə şəxsən söhbət edə və onları maraqlandıran bütün sualları verə bilərlər;

● Təhlükəsizlik. Bolt şirkətinin bütün səfərləri sığortalanır, beləliklə, sürücü yol qəzası və ya bədbəxt hadisə baş verdikdə kompensasiya ala biləcək.

● Bolt 45 ölkədə və Avropa və Afrikanın 400-dən çox şəhərində 100 milyon insanın istifadə etdiyi Avropa çoxistifadəli tətbiqdir. Şirkət qabaqcıl, təhlükəsiz və qanuni texnologiyalardan istifadə edir.

Bolt 6 ildən artıqdır ki, Azərbaycan bazarında uğurla fəaliyyət göstərir, hər gün ölkənin bir çox yerlərində minlərlə sürücü Bolt şirkəti ilə əməkdaşlıq edir. Onlardan bəziləri hər gün səfər sifarişi almağı üstün tuturlar, bəziləri üçün isə bu, əlavə qazanc mənbəyidir və buna görə də onlar həftədə və ya ayda bir-iki dəfə sükan arxasına əyləşirlər, lakin bu, xidmətin sürücülərin və onların sərnişinlərinin həyatındakı əhəmiyyətini azaltmır. Bolt xidmətinin köməyi ilə Azərbaycanda hər gün minlərlə səfər həyata keçirilir.

Əgər siz sürücülük edərək qazanc əldə etmək, sərnişin axtarmaq barədə düşünməmək və iş qrafikinizi özünüz planlaşdırmaq istəyirsinizsə, o zaman bu, sizin üçün lazımi işdir.

Kuryer çatdırılması

Kuryer çatdırılması koronavirus epidemiyası zamanı xüsusilə populyarlaşdı. Sosial təmasların məhdudlaşdırılması ilə bir çox insan infeksiya risklərini minimuma endirmək üçün malları və qida məhsullarını onlayn sifariş etməyə üstünlük verdi. Epidemiya bitdi vərdişlər isə qaldı. Bu gün kuryerlər dərmanlardan tutmuş qidaya, çiçəklərdən pizzaya qədər demək olar ki, hər şeyi çatdırırlar. Bir çox supermarketlər məişət texnikası, elektronika, məişət kimyəvi maddələri və qida məhsullarını alıcıların evlərinə çatdırır. Restoranların kuryer çatdırılması da çox populyardır. Məsələn, Bolt Food Azərbaycanda 3 ildir fəaliyyət göstərir və inkişaf edir. Bolt Food tətbiqi sayəsində hər gün minlərlə kuryer şəhərin minlərlə məşhur restoranından Bakı sakinlərinə yeməklər çatdırır.

İlk düşünməli olduğunuz nə çatdıracağınızı, eləcə də bu fəaliyyətə nə qədər vaxt ayıra biləcəyinizi müəyyənləşdirməkdir. İnternetdə avtomobil sürücüləri üçün müxtəlif şirkətlər tərəfindən təklif edilən bir çox vakansiya mövcuddur. Sərbəst qrafiklə işləmək istəyirsinizsə, restoranların yeməklərin çatdırılması xidmətlərindən birində qeydiyyatdan keçib, sizə uyğun vaxtlarda işləyə bilərsiniz.

Müasir dünyada getdikcə daha çox insan sərbəst işləməyi, tapşırıqlar almağı və onları yerinə yetirdikləri üçün ödəniş almağı üstün tutur. Rəqəmsal texnologiyalar sayəsində qazanc imkanları axtarmaq daha asan oldu. Üstəlik, onlar heç bir ciddi investisiya tələb etmirlər. İstədiyinizə uyğun qazanc növünü seçin!

Reklam hüququnda

Paylaş:
284

Son xəbərlər

Bütün xəbərlər