Sertifikasiya imtahanında ən zəif nəticəni bu orta ixtisas müəssisələrinin məzunları toplayıb - SİYAHI
“Sertifikasiya imtahanında 0-29 bal toplayan ibtidai sinif müəllimlərinin məzun olduğu orta ixtisas müəssisələrindən zəif nəticə əldə edənlər Ağcabədi Pedaqoji Kollecindən məzun olanların payına düşüb”.
1news.az xəbər verir ki, xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı deyib.
" Belə ki, Ağcabədi Pedaqoji Texnikumu 56 faiz, Astara Pedaqoji texnikumu 49 faiz, Gəncə Məişət xidməti kolleci 47 faiz, Lənkəran Dövlət Humanitar Kolleci 43 faiz, Lənkəran Məktəbəqədər Pedaqoji texnikumu 43 faiz, Şamaxı Mədəni-Maarif Texnikimumu 39 faiz məzunu 0-29 faiz arasında bal toplayıb”.