Bakıda boya sexində yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda boya sexində yanğın olub

Qafar Ağayev09:51 - 07 / 07 / 2023
Bakıda boya sexində yanğın olub

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 120 m² olan boya sexinin yanar konstruksiyaları 40 m² sahədə və yaxınlıqda bir dam altında tikilən ümumi sahəsi 140 m² olan müxtəlif təyinatlı obyektlərdən ibarət tikilinin xarici divarına vurulan taxta atmalar 30 m² sahədə yanıb.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyindən xəbər verilib.

Sexin, tikilinin qalan hissəsi və yaxınlıqdakı avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər