İdarə rəisi: Təbiətə vurulmuş ziyanla bağlı dövlət büdcəsinə 1,5 milyondan manatdan artıq ödəniş olub
“Ekoloji cinayətlərin törədilməsi nəticəsində dövlət büdcəsinə təbiətə vurulmuş ziyanla bağlı prokurorluq tərəfindən 1,5 milyondan manatdan artıq ödəmə təmin edib”.
1news.az xəbər verir ki, bu fikirləri Baş Prokurorluq və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə keçirdiyi "Ekologiyanın mühafizəsi" başlıqlı mətbuat konfransında çıxış zamanı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev deyib.
Onun sözlərinə görə, təkcə bu yarımillikdə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən yerin təkinin qorunması və istifadəsi qaydalarını pozulması və qanunsuz ağckəsmə nəticəsində dəymiş ziyan könüllü olaraq sahibkarlar və şirkətlər tərəfindən 1.5 milyon manat ziyan ödənilib:
"Qısa zaman ərzində davam edən araşdırmalar nəticəsində toplanan sübutlar qarşısında qanun pozuntusuna yol vermiş şəxslər qanunsuz əməllərini etiraf edib. Həmin şəxslərin məsuliyyət məsələləri həll olunmaqla yanaşı ziyanın ödənilməsi və ətraf mühitə dəymiş ziyanın bərpa olunmasına dair kompleks tədbirlər görülüb".