Xızıda mürəkkəb dağlıq-meşəlik ərazidə yanğın başlayıb - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Xızıda mürəkkəb dağlıq-meşəlik ərazidə yanğın başlayıb - VİDEO - YENİLƏNİB

17:20 - 08 / 07 / 2023
Xızıda mürəkkəb dağlıq-meşəlik ərazidə yanğın başlayıb - VİDEO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq-meşəlik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda havanın küləkli olması ərazidə yanğınsöndürmə əməliyyatını çətinləşdirsə də yanğınla mübarizə tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi əhaliyə bir daha müraciət edərək, xüsusilə küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına çağırır.

16:45

Xızıda dağlıq-meşəlik ərazi yanır.

Bu barədə 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in “112” qaynar xəttinə rayonun Tıxlı kəndi yaxınlığında mürəkkəb dağlıq-meşəlik reylefə malik ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

"Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. Küləkli hava şəraiti ərazidə yanğınsöndürmə əməliyyatlarını çətinləşdirir", - məlumatda qeyd edilib.

Paylaş:
363

Son xəbərlər

Bütün xəbərlər