Qəbələdə 10 tüfəng götürülüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qəbələdə 10 tüfəng götürülüb

18:01 - 08 / 07 / 2023
Qəbələdə 10 tüfəng götürülüb

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatla bağlı keçirilən əməliyyatlar nəticəsində rayon sakinlərindən müxtəlif markalı ov tüfəngləri aşkarlanaraq götürülüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, müvafiq icazələri olmayan şəxslər tərəfindən mülki silahın saxlanılması, daşınması və satılması hallarının qarşısının alınması məqsədilə son bir ay ərzində keçirilən tədbirlər zamanı rayon sakinlərindən ümumilikdə 10 ədəd ov tüfəngi aşkar edilib. Həmin şəxslər barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Paylaş:
391

Son xəbərlər

Bütün xəbərlər