Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilən Mirsaleh Seyidov kimdir? - DOSYE | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilən Mirsaleh Seyidov kimdir? - DOSYE

13:07 - 10 / 07 / 2023
Ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilən Mirsaleh Seyidov kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Mirsaleh Seyidov ədliyyə nazirinin müavini - Penitensiar xidmətin rəisi təyin edilib.

1news.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, 47 yaşlı Mirsaleh Seyidov penitensiar sistemdə böyük iş təcrübəsi olan kadrlardandır.

O, 1998-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bitirib.

Yeni vəzifəyə təyin olunanadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsini tutan ədliyyə polkovniki M.Seyidov daha əvvəl bir sıra cəzaçəkmə müəssisələrinə rəhbərlik edib. O, 10 və 15 saylı cəzaçəkmə müəssisələrinin rəisi vəzifələrində də çalışıb.

Həmçinin 2018-ci ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib

Paylaş:
9346

Son xəbərlər

Bütün xəbərlər