Ərdoğan: “Müharibənin başa çatması Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirəcək” | 1news.az | Xəbərlər
Cəmiyyət

Ərdoğan: “Müharibənin başa çatması Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirəcək”

14:03 - 10 / 07 / 2023
Ərdoğan: “Müharibənin başa çatması Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirəcək”

“Rusiya ilə Ukrayna arasında müharibənin ən qısa vaxtda başa çatması Ukraynanın NATO-ya üzvlüyünü sürətləndirəcək”.

1news.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçiriləcək NATO sammitinə yola düşməzdən əvvəl hava limanında jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, iclasda Ukraynadakı müharibə barədə fikir mübadiləsi aparılacaq.

Dövlət başçısı bildirib ki, sammitdə Türkiyəyə sanksiyaya tətbiq edən müttəfiqlərin hərəkətinin yanlış olduğu onların diqqətinə çatdırılacaq: “Başqa bir mövzu NATO-nun genişlənməsidir. Biz Alyansın genişlənməsinin əleyhinə deyilik. İsveçlə təmaslar davam edir”.

R.T.Ərdoğan xatırladıb ki, İsveçin NATO-ya üzvlüyü bu ölkənin öhdəliklərini yerinə yetirməsindən asılıdır.

Paylaş:
262

Son xəbərlər

Bütün xəbərlər