Meşəlik ərazilərdə ağaclara düşən zərərvericilərə qarşı dərmanlama işləri aparılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Meşəlik ərazilərdə ağaclara düşən zərərvericilərə qarşı dərmanlama işləri aparılıb

Qafar Ağayev14:19 - 10 / 07 / 2023
Meşəlik ərazilərdə ağaclara düşən zərərvericilərə qarşı dərmanlama işləri aparılıb

Meşəlik ərazilərdə ağacların ziyanverici həşəratlardan mühafizə olunması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması, Meşələrin İnkişafı Xidmətlərinin və Kənd Təsərrüfatı Nazirliyinin Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət qrup tərəfindən aparılan növbəti monitorinqlər zamanı Samur-Yalama Milli Parkı və ona yaxın meşəlik ərazilərdə "qaraçı güvəsi” kimi tanınan tək ipəksarıyan ziyanvericisinin yayıldığı müəyyən edilib.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev 1news.az-a bildirib ki, əsasən palıd və vələs ağaclarına düşən zərərvericilərə qarşı mütəxəssislər tərəfindən dərmanlama işləri aparılıb və 150 hektar ərazi dərmanlanıb.

“Hazırda monitorinqlər və zərərvericilərə qarşı tədbirlər davam etdirilir”.

Paylaş:
235

Son xəbərlər

Sabahın hava proqnozu

09 / 05 / 2025, 12:26
Bütün xəbərlər