Sabah dolu düşəcək, çaylardan sel keçəcək - Proqnoz | 1news.az | Xəbərlər
Cəmiyyət

Sabah dolu düşəcək, çaylardan sel keçəcək - Proqnoz

17:26 - 10 / 07 / 2023
Sabah dolu düşəcək, çaylardan sel keçəcək - Proqnoz

Bakıda və Abşeron yarımadasında iyulun 11-də şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında sabah əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı , şimşək çaxacağı gözlənilir.

Bəzi yerlərdə yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

Paylaş:
483

Son xəbərlər

Bütün xəbərlər