Narkotik satmaqda təqsirli bilinən şəxs məhkəmə zalından azadlığa buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Narkotik satmaqda təqsirli bilinən şəxs məhkəmə zalından azadlığa buraxılıb

13:33 - 11 / 07 / 2023
Narkotik satmaqda təqsirli bilinən şəxs məhkəmə zalından azadlığa buraxılıb

Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinən Elşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elşən Əkbərov barəsində ittiham məhkəmə istintaqı dövründə öz təsdiqini tapmadığı üçün barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, Elşən Əkbərov külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirli bilinib.

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər