Məzahir Əfəndiyev: “Bunu Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə kimi qiymətləndirmək olar” | 1news.az | Xəbərlər
Müsahibə

Məzahir Əfəndiyev: “Bunu Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə kimi qiymətləndirmək olar”

Qafar Ağayev16:46 - 11 / 07 / 2023
Məzahir Əfəndiyev: “Bunu Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə kimi qiymətləndirmək olar”

“Ermənistan dövləti 30 ilə yaxın bir müddətdə dünya ictimaiyyətinin gözü qarşısında öz təcavüzkar siyasətini həyata keçirmiş, Azərbaycan xalqı erməni millətçiləri trəfindən soyqırım və etnik təmizləmələrə məruz qalmışdı”.

Bunu 1news.az-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

Deputat bildirib ki, Azərbaycan 2020-ci ildə, İkinci Qarabağ-Vətən Müharibəsindən sonra regionda yeni reallıqların yaradılmasında öz imkanlarını səfərbər edərək iştirak etdi və Cənubi Qafqazda davamlı sülhün təmin olunması istiqamətində, habelə postmüharibə dövrünün mükəmməl idarə olunmasını həyata keçirir.

“Ümumiyyətlə, Azərbaycan öz humanizm prinsiplərindən çıxış edərək, habelə regionda sülhün, əmin-amanlığın davamlılığını təmin etmək məqsədilə Ermənistan tərəfinə müəyyən vaxtlarda güzəştlər edib. Ölkəmiz eyni zamanda Beynəlxalq Qızıl Xaç Komitəsi və digər beynəlxalq təşkilatlarla əmkdaşlıq edərək 10 noyabr 2020-ci il tarixində imzalanan üçtrəfli Bəyanatdan irəli gələn məsələlərin həllində qətiyyət nümayiş etdirir”.

“Lakin, son zamanlarda gördüyümüz ondan ibarət idi ki, işğaldan azad olunmuş ərazilərdə fəaliyyət gösətərən beynəlxalq təşkilatlar tərəfindən imzalanmış Bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasına şərait yaradılırdı” – deyə, deputat əlavə edib:

“Bu baxımdan 23 aprel tarixində Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi quruldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ermənistan-Azərbaycan sərhədində, onun Laçın istiqamətində sərhəd-buraxılış məntəqəsinin yaradılması bizim çox güclü siyasi iradəmizin göstəricisidir”.

Deputat deyib ki, görülən tədbirlərə baxmayaraq, Ermənistan tərəfi öz məkirli oyunlarını davam etdirir, o cümlədən Beynəlxalq Qızıl Xaç Komitəsinin Qarabağ bölgəsində fəaliyyətində Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dəfələrlə ciddi qanun pozuntuları aşkarlanıb.

“1863-cü ildə təsis edilmiş, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsasını təşkil edən BQXK mandatına görə münaqişə zamanı Hərəkat tərəfindən həyata keçirilən beynəlxalq humanitar fəaliyyəti istiqamətləndirir, koordinasiya edir, həmçinin humanitar hüququn ümumdünya humanitar prinsiplərini inkişaf etdirir və gücləndirir. Təşkilatın fəaliyyəti yeddi fundamental prinsipə söykənir: insanlıq, qərəzsizlik, neytrallıq, müstəqillik, könüllü xidmət, birlik, universallıq.

Təssüflər olsun ki, yuxarıda sadalanan prinsiplərin heç birinə əməl olunmadığı kimi, BQXK tərəfindən özündə beynəlxalq hüququn norma və prinsiplərinə zidd olan, qeyri-səmimi, o cümlədən riyakar mövqe ehtiva edən fəaliyyətin açıq şəkildə şahidi oluruq. Baş verənləri Cənubi Qafqazda sülhün təmin olunması prosesinə zərbə kimi qiymətləndirmək olar”.

M.Əfəndiyevin sözlərinə görə, Azərbaycan BMT-nin nümunəvi üzv dövləti kimi, BMT TŞ-nın qətnamələrinin icrasını özü, təkbaşına həyata keçirməklə beynəlxalq təşkilatların biabırçılığının qarşısını artıq bir dəfə alıb.

“BQXK və Qarabağda missiyası olan digər beynəlxalq təşkilatlar Azərbaycan Respublikası tərəfindən onun öz suveren ərazisində müəyyən etdiyi qayda və qanunlar çərçivəsində, mandatlarına uyğun olaraq fəaliyyətlərini davam etdirməyəcəkləri təqdirdə nəinki vasitəçilik rollarını itirə bilərlər, eyni zamanda öz nüfuzlarına ciddi xələl gətirəcəklər”.

Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu gün yaydığı məlumatda Beynəlxalq Qırmızı Xaç Komitəsinə aid nəqliyyat vasitələrində ayrı-ayrı vaxtlarda müxtəlif növ qaçaqmalın keçirilməsi cəhdlərinin aşkarlandığı qeyd olunub.

Paylaş:
2710

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər