Bakıda batmaq təhlükəsi olan qadın xilas edilib - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda batmaq təhlükəsi olan qadın xilas edilib - VİDEO

17:38 - 12 / 07 / 2023
Bakıda batmaq təhlükəsi olan qadın xilas edilib - VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Sabunçu rayonu, Nardaran qəsəbəsi yaxınlığında ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazidə 1 nəfər qadının dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, Məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Nardaran-2” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan 1987-ci il təvəllüdlü vətəndaş dalğıclar tərəfindən xilas edilərək ailə üzvlərinə təhvil verilib.

Paylaş:
271

Son xəbərlər

Bütün xəbərlər