Yuxarı Qarabağ kanalında batan 30 yaşlı qadının axtarışlarını davam etdirilir - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yuxarı Qarabağ kanalında batan 30 yaşlı qadının axtarışlarını davam etdirilir - VİDEO

Qafar Ağayev16:26 - 13 / 07 / 2023
Yuxarı Qarabağ kanalında batan 30 yaşlı qadının axtarışlarını davam etdirilir - VİDEO

13 iyul 2023-cü il tarixində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Ağcabədi şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

FHN-dən 1news.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb edilən FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu kanalda batması ehtimal edilən 1993-cü il təvəllüdlü Qurbanova Sahilə Novruz qızının axtarışlarına başlayıblar.

Hazırda vətəndaşın batdığı ehtimal edilən istiqamətlərdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.

Paylaş:
456

Son xəbərlər

Bütün xəbərlər